top
Göytəpədə uğur hekayəsi: Müəllimlər şagirdlərini həmkarlarına çevirirlər
06 iyul 2025, 01:59
- ↺ +

Göytəpədə uğur hekayəsi: Müəllimlər şagirdlərini həmkarlarına çevirirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabadın Göytəpə şəhərində yerləşən Vüqar Mürsəlov adına 1 nömrəli tam orta məktəb son illərdə biologiya fənni üzrə qazandığı uğurlarla seçilir. 2024–2025-ci tədris ili üzrə qəbul imtahanlarında əldə olunan yüksək nəticələr bu məktəbin kənd rayonları arasında fərqlənməsinə səbəb olub.

“Azərbaycan müəllimi” bu məktəbin biologiya fənni üzrə uğurlarının arxasında duran səbəbləri araşdırmağa çalışıb. Məlum olub ki, bu uğurların arxasında isə fədakar müəllimlər dayanır. 1990-cı ildən bu məktəbdə çalışan, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan Cəmilə Muradova şagirdlərinə sevgiylə yanaşır və bu fənni onlara həyat dərsi kimi təqdim edir: “Fəxr edirəm ki, vaxtilə dərs dediyim şagirdlər bu gün mənim həmkarlarımdır”.

18 ildir biologiya müəllimi olan Əlizamin Əliyev isə uğurun əsas sirrini müəllim-şagird münasibətlərində görür. O, dərslərində interaktiv metodlardan, vizual təqdimatlardan və müasir texnologiyalardan istifadə edərək şagirdləri tibb sahəsinə yönləndirməyə çalışır.

Pərvanə Qafarova isə fərdi yanaşmaya üstünlük verir. O, şagirdlərlə güclü münasibət quraraq onların maraq və qabiliyyətlərinə uyğun yanaşma tətbiq edir, xüsusilə çətin mövzularda – genetika, biokimya və ontogenez – sadə və anlaşılan üsullardan istifadə edir.

Biologiya fənni üzrə fərqlənən məzun Jalə Əkbərova da uğurunda müəllimlərinin dəstəyini əsas amil kimi göstərir: “Müəllimlərimiz bizə yalnız dərsdə yox, dərsdənkənar vaxtlarda da dəstək olurdular. Bu fənn mənim gələcək yolumu müəyyənləşdirdi”.

Bu məktəbdə biologiya sahəsində əldə olunan uğurların təməlində müəllimlərin illərlə göstərdiyi zəhmət, fənnə olan sevgi və şagirdlərə olan məsuliyyət dayanır. Onlar yalnız bilik vermir, həm də yeni nəsil elmi kadrların formalaşmasında mühüm rol oynayırlar.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər