Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov vətəndaşları qəbul edəcək.
Cenublu.az xəbər verir ki, görüş dekabrın 13-ü saat 10:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbul zamanı Biləsuvar, Salyan və Neftçala rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
İştirak etmək istəyən vətəndaşlar qeydiyyatdan keçməlidilər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.