top
Generalın Astaraya təhkim etdiyi vəzifəli şəxs 44 minlik məhsulları satdı
10 yanvar 2025, 06:25
- ↺ +

Generalın Astaraya təhkim etdiyi vəzifəli şəxs 44 minlik məhsulları satdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən "Azərterminalkompleks" Birliyinin anbarından 44 minlik mal oğurlayan vəzifəli şəxsə hökm oxunub.

Qaynarinfo.az xəbər verir ki, "Azərterminalkompleks" Birliyinin İnfrastruktur və inkişaf idarəsinin Anbar işinin təşkili şöbəsinin inspektoru vəzifəsində işləməklə Birliyin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim edilmiş Hüseyn Elsəvər oğlu saxlanılıb.

1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş Hüseynə Cinayət Məcəlləsinin 179.2.3 və 308.1-ci maddələri ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, "Azərterminalkompleks" Birliyinin direktoru general-mayor Kənan Aşurlunun əmri ilə Hüseyn Birliyin Xidmətlərin təşkili idarəsinin Astara şöbəsinə təhkim olunub.

Hüseyn vəzifəsinin icrasına başladıqdan sonra - 19 iyun 2023-cü il tarixdən 25 may 2024-cü il tarixədək ümumi dəyəri 44 082 manat olan "Azərterminalkompleks" Birliyinin Astara müvəqqəti saxlanc anbarından müxtəlif markalı siqaretlər, dərman vasitələri, bir ədəd geyim dəsti və bir ədəd "iPhone 14 midnight 128 GB" mobil telefonu oğurlayıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə sataraq özünə əlavə qazanc əldə edib.

Təqsirləndirilən şəxs 2018-ci ildən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışdığını, sonuncu iş yerində isə vəzifəsi birliyin anbarında olan əşyaların saxlancını, qorunmasını, salamatlığını təmin etməkdən ibarət olub. Son dövrlərdə maddi vəziyyəti ilə bağlı çox çətinliklər yaranıb, bir müddət sonra çıxılmaz vəziyyətə düşdüyündən sözügedən əməli törətdiyi və bunu bir müddət sonra öz rəhbərliyinə etiraf etdiyini deyib. Hüseyn anbardan götürdüyü malların satışından ümumilikdə təxminən 2 000 manat pul əldə etdiyini, 44 min manatlıq müxtəlif çeşidli malları götürmədiyini də bildirib.

Məhkəmənin qərarı ilə Hüseyn 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək şərti ilə gəzəcək.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər