Lənkəran Dövlət Dram Teatrında həvəskar aktyor qrupu ilk görüşünü təşkil edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.
Gənc aktyorlar Lənkəran Dövlət Dram Teatrında tamaşa səhnələşdirməyi planlaşdırırlar. V.Siqarevin “Şeytan ailəsi” əsərinin motivləri əsasında hazırlanmış tamaşada məişət zorakılığı, narkomaniya, erkən nikahlarla mübarizə və digər mövzular işıqlandırılıb.
Qeyd edək ki, tamaşanın məşqləri 28 noyabr tarixindən başlayacaq.