YAP Lənkəran rayon təşkilatı gənc partiya fəallarının Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyasını təşkil edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 sentyabr tarixində verir.
Ekskursiyadan öncə ulu öndərin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.
Mərkəzdə gənclərə ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyəti haqqında geniş məlumat verilib.
Sonda iştirakçılara ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.