Lənkəran şəhər Gənclər Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş gənc müəllimlər arasında intellektual bilik yarışı keçirilib.Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.
Belə ki, yarışın yekun nəticələrinə görə:
- I yerə - Astara rayonunu təmsil edən “South Pearl” komandası;
- II yerə - Lerik rayonunu təmsil edən “Gur-Lerik” komandası;
- III yerə isə Yardımlı rayonunun “Tornado” komandası layiq görülüb.
Qeyd edək ki, bilik yarışı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran Gənclər və İdman idarəsinin dəstəyi ilə baş tutub.