Bu gün Vətən müharibəsi şəhidi Tərlan Quliyevin anım günüdür.
Tərlan Mehman oğlu Quliyev 2000-ci il yanvarın 26-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 14 oktyabr Füzuli döyüşləri zamanı şəhid olub. Şəhidin nəşi doğulduğu qəsəbədə torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.