top
Fortepianoları kökləyən lənkəranlı müəllim: “Yeni ustaların yetişməsini istəyirəm”
03 fevral 2025, 02:16
- ↺ +

Fortepianoları kökləyən lənkəranlı müəllim: “Yeni ustaların yetişməsini istəyirəm”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Musiqi dünyasında istedadı və peşəkarlığı ilə seçilən şəxslərdən biri də Rail Yusubovdur. O, həm mahir qarmon ifaçısı, həm də təcrübəli musiqi müəllimi kimi tanınır. Bununla yanaşı, fortepiano alətlərinin sazlanması və təmiri sahəsi üzrə də mütəxəssisdir. Hazırda Rail Yusubov Azərbaycanın cənub bölgəsində bu sahə ilə məşğul olan yeganə ustadır.

Azertag.az xəbər verir ki, Rail Yusubov uzun illərdir musiqi müəllimi kimi çalışır və gənc istedadların yetişməsinə töhfə verir. Onun tələbələri arasında müxtəlif musiqi müsabiqələrində uğur qazananlar da var. Xüsusilə qarmon ifaçılığı sahəsində onun pedaqoji bacarıqları yüksək qiymətləndirilir: "Musiqi mənim üçün sadəcə bir sənət deyil, o, ruhumun bir parçasıdır. Hər tələbəmin uğuru mənim üçün ən böyük mükafatdır. Tələbələrimə öyrətməyə çalışıram ki, musiqi təkcə notdan ibarət deyil, o, həm də bir həyat tərzidir".

Musiqi alətlərinin sazlanması xüsusi dəqiqlik və incəlik tələb edir. Rail Yusubov bu sahədə öz bilik və bacarıqlarını inkişaf etdirərək, cənub bölgəsinin yeganə fortepiano ustası kimi tanınır. Belə demək mümkündürsə, o, kökdən düşmüş, istifadəyə yararsız fortepianolara yeni həyat verir.

"Hər fortepiano fərqli tarixə malikdir. Onları yenidən işlək vəziyyətə gətirmək mənim üçün böyük bir sevincdir. Hər sazladığım fortepianoya yeni həyat bəxş etdiyimi düşünürəm. Həmin alətə yenidən toxunan barmaqların duyduğu hisslər mənim üçün ən dəyərli mükafatdır. Bir fortepianonun sazlanması təkcə texniki proses deyil. Hər fortepianonun özünəməxsusluğu var və onunla işləyərkən aləti duymaq lazımdır" , - deyə Rail müəllim bildirir.

Rail Yusubov musiqiyə sevgisini yalnız ifaçılıq və pedaqoji fəaliyyətlə deyil, həm də musiqi alətlərinə qayğı göstərməklə nümayiş etdirir. O, gələcəkdə daha çox insanın bu sahədə bilik qazanmasına kömək etməyi və fortepiano ustalığını gənc nəslə ötürməyi planlaşdırır.

Həmsöhbətimiz gələcək planlarından danışaraq deyir ki, Azərbaycanda bu sahəyə marağın artmasını, yeni ustaların yetişməsini arzulayır: “Mən öz biliklərimi paylaşmağa və bu ənənəni yaşatmağa hazıram. Çünki musiqi yalnız ifa etməklə deyil, həm də alətlərə qayğı göstərməkdir".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər