Nazim Pişyari (“Faytonçu”) reanimasiyadan çıxarılıb.
Bu barədə Bakuplus.az-a sənətçinin dostu, aparıcı Kamran Həsənli məlumat verib.
Aparıcı Nazim Pişyarinin özü ilə əlaqə saxladığını deyib:
“Nazimin özü ilə danışdım. Vəziyyəti yaxşılığa doğru gedir. Hazırda səhhəti normaldır. Palataya köçürülüb. İnşallah tez bir zamanda sağlamlığına qovuşar, şad xəbərini alarıq”.
Xatırladaq ki, yanvarın 31-də Nazim Pişyari işemik insult diaqnozu ilə özəl klinikalardan birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu deyilirdi.
Nəzrin Vahid