top
Ən çox bu rayonlardakı məktəblər bağlanıb – RƏSMİ
26 noyabr 2025, 01:00
- ↺ +

Ən çox bu rayonlardakı məktəblər bağlanıb – RƏSMİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda bir sıra ümumtəhsil müəssisələrinin ixtisar edilməsi və ya digər məktəblərlə birləşdirilməsi davam edir. Təhsil infrastrukturunun optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və tədris imkanlarının yaxşılaşdırılması istiqamətində daha bir neçə məktəbin ixtisar olunacağı gözlənilir.

Ümumilikdə indiyə qədər rayonlar üzrə Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı, Ağdaş rayonlarında 4, Şamaxı, Şəmkir, Balakən rayonlarında 3 məktəb bağlanıb. Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb. Ötən tədris ilinin əvvəlində 292 ibtidai məktəb vardısa, bu il 245-ə enib.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ixtisarlar əsasən, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq aparılan təhlillərdən sonra edilir, yəni rasionallaşdırılma həyata keçirilir.Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.

Mövzu ilə əlaqədar təhsil üzrə ekspert Emma İbrahimova Bizim.Media.az-a bildirdi ki, ümumiyyətlə çox sayda kiçik məktəbləri saxlamaq dövlət üçün əlavə xərcdir. Məktəblərin azaldılması, birləşdirilməsi son illərdə tətbiq olunan təhsil siyasətidir, yəni təhsil islahatlarının bir növüdür.

“Bunun bir çox səbəbləri var. Əsas səbəblərdən biri şagird sayının azalmasıdır. Bu daha çox özünü bölgələrdə göstərir. Ümumiyyətlə hansısa kənddə məktəb bağlanırsa və ya digər məktəbə birləşdirilirsə, bu, orada əhalinin sayının azalması, miqrasiyası ilə bağlıdır. Kəndlərdə yaşayan gənclər şəhərlərə axın edirlər yaxud xaricə köçürlər. Digər tərəfdən doğum nisbəti də əvvəlki illərə müqayisədə aşağıdır, bu da əhalinin getdikcə azalmasına gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, şagird sayı az olan məktəblərin daha böyük məktəblərə birləşməsi uşaqlar arasında sosial mühiti də formalaşdırır.

“Amma çətinlik törədən mənfi tərəfləri də odur ki, bəzi şaşirdlərdə gediş-gəliş problemi yaranır, kənddə sosial boşluq yaradır. Hansısa müəllim işlə təmin olunmaya bilər” – deyə o, vurğuladı.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər