top
Əmək pensiyası və sosial müavinətlər artırılacaq? – EKSPERT RƏYİ
18 noyabr 2024, 02:19
- ↺ +

Əmək pensiyası və sosial müavinətlər artırılacaq? – EKSPERT RƏYİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2023-ci il fevralın 1-dən Azərbaycanda minimum aylıq əmək pensiyasının məbləği 280 manata çatdırılıb, yaşa görə sosial müavinətin məbləği isə 220 manat müəyyən edilib.

“Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum pensiya məbləğinin 280 manat olacağı qeyd olunub.

Bildirilir ki, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Bəs görəsən, əmək pensiyası və sosial müavinətlər artırıla bilərmi?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, pensiyalar orta aylıq əmək haqqındakı artıma əsasən dəyişir:

“Azərbaycanda pensiya qanunvericiliyinə görə, hər il dövlətin büdcə müzakirələrindən asılı olmayaraq pensiyalar avtomatik indeksləşdirilir.

2025-ci il yanvarın 1-dən 2024-cü ildə işləyən şəxslərin  aylıq orta əmək haqqında artım faizinə uyğun pensiyaları arta bilər. Yəni 2024-cü ildə işləyən şəxslərin orta aylıq maaşı nə qədər qalxıbsa, faiz pensiyaları da o qədər artır. Bu, avtomatik rejimdədir. Hələlik 2024-cü ildə işçilərin maaşı 8 faiz artıb. İlin axırına dəqiq bilinəcək. Bu da pensiyaların indeksləşməsinə təsir göstərəcək”.

İqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, pensiya və sosial müavinətlər 10-15 faiz arta bilər:

“Hər il inflyasiya və orta aylıq əmək haqqının artımına görə müəyyən pensiya və müavinətlərdə indeksasiyalar aparılır. Bu il də davam edəcək. Orta aylıq əmək haqqında artım indeksasiya edilə bilər. Hazırda orta aylıq əmək haqqındakı artım 11-12 faiz təşkil edir. Büdcə gəlirlərimiz imkan versə, düşünürəm ki, sosial müavinətlər və pensiyalar 10-15 faiz artırıla bilər”.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Oxşar xəbərlər