Astara rayonunun Əsxənəkəran kəndinin meşə ərazisi zibillənib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
“Təəssüflər olsun ki, bu cür gözəl təbiət əraziləri müxtəlif tullantılarla çirkləndirilir. Xahiş edirik, istirahət üçün üz tutduğunuz təbiət ərazilərinin çirklənməsinə yol verməyin. Qalaqlanmış tullantılar ciddi ekoloji problemlərə, böyük yanğınlara səbəb olur. Tullantıların yeri təbiət əraziləri deyil, tullantı qablarıdır”.