Astarada gənc gəlinin ölümü baş verib.
Cenublu.az xəbər verir ki, rayon sakini, 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub.
Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Ə. İmanovanın hamilə olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.