top
Dubaydan avtobus gətirəcəkdi: Evini də itirdi, 100 minə yaxın pulunu da - MƏHKƏMƏ
31 yanvar 2025, 05:51
- ↺ +

Dubaydan avtobus gətirəcəkdi: Evini də itirdi, 100 minə yaxın pulunu da - MƏHKƏMƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabadlı kişi tanışının külli miqdarda pulunu mənimsəyib.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevin sədrliyi ilə keçirilib.

Belə ki, Cavid Qədirov (ad şərtidir) 1981-ci ildə Cəlilabad rayonunda anadan olub. O, dostu Səlim Qasımovun (ad şərtidir) etibarından sui-istifadə edib. BƏƏ-dən 6 ədəd “HYUNDAİ” markalı avtobusu alıb, Bakıya gətirdikdən sonra icarəyə verərək yaxşı qazanc əldə edəcəklərini vəd edib. Bu barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə Səlim Qasımovdan 90 min manat pul mənimsəyib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Cavid Qədirov ittiham üzrə özünü təqsirsiz bilib:

“Səlimlə birlikdə Dubaydan avtobus alıb, Bakıda bərabər işlədəcəkdik. Lakin yolda gətirildiyi zaman aldadıldım. Əvvəldən də maşın alqı-satqısı ilə məşğul olmuşam. Dubaydan maşın alıb Azərbaycanda satmışam. Səlim Qasımovu hadisədən 2 ay əvvəl hazırda Almaniyada yaşayan Zahid adlı şəxs vasitəsi ilə tanımışam. Səlim avtobus almaq üçün Zahidin vasitəsilə evini girova qoyub. Verilən 90.000 manat pulu batırmışam və pulu geri verməyə hazıram. Evim müqaviləli olduğu üçün girov qoymaq olmurdu. Səlim təklif etdi ki, onun evini girov qoyub pul götürək”.

Zərərçəkmiş Səlim Qasımov məhkəmədəki ifadəsində göstərib ki, zəhmətkeş ailədə böyüyüb:

“Öz qazancım ilə ailəmi saxlayıram. Pulu Cavidə verdikdən sonra ara-sıra danışmışıq. O, hər dəfə danışanda maşınların artıq yolda olduğunu, narahat olmağa heç bir əsas olmadığını, evin sənədlərini geri qaytaracağını bildirib. Bir müddətdən sonra Cavid avtobusların yolda qaldığını, yolların bağlandığını, Dubaydan maşınları göndərə bilməyəcəyini dedi. 3 aydan sonra evimin əldən getdiyini, Cavidin mənə yalan danışdığını başa düşdüm. Ona məhkəməyə gedəcəyimi deyəndə Aybəniz adlı birini tapıb vəkil olduğunu dedi. Məhkəməni 2 il müddətində özünü vəkil kimi təqdim edən, Cavidin tanışı olan Aybəniz adlı qadın apardı.

Sonradan 3 nəfər şəxsin razılaşdığı və Aybənizin də mənim adımdan “evin filankəsin adına keçirilməsinə etirazım yoxdur” məzmunlu ərizə yazdığı məlum olub. Bunu öyrəndikdən sonra yeni vəkillə müqavilə bağladım, vəkil Ülvi İsmayılov mənə aldadıldığımı, evin artıq əldən getdiyini dedi. Həmin günü yeni vəkil tutduğum barədə məlumat verdikdən sonra Aybəniz təhqiredici ifadələr işlətməyə başladı. Cavid məni çox pis vəziyyətə saldı”.

Sonda məhkəmə Cavid Qədirovu ittiham üzrə təqsirli bilib. O, məhkəmənin qərarı ilə 5 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər