Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lerik rayonunun inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub.
Cenublu.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxsin Lerik rayonu Bürsülüm kənd sakini Vüsal Ağayev olduğu müəyyən edilib.
Faktlarla bağlı V.Ağayev barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. Kömür hazırlanma yerləri ləğv edilib.