Daha öncə xəbər verdiyimiz kimi, Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 116 yaşlı “Ləm” qəzalı vəziyyətdədir.
Məsələ ilə bağlı Astaradan seçilən millət vəkili, doktor Rəşad Mahmudov “Ləm”ə baş çəkib. O, qəsəbə sakinləri və ziyalılarla birgə tarixi abidənin ətrafında fikir mübadiləsi aparıb və mövcud məsələnin həlli istiqamətində yollar axtarılıb.
Qeyd edək ki, Astara rayon İcra Hakimiyyəti “Ləm”in dağılması ilə bağlı verdiyi açıqlamada bildirmişdir ki, tarixi abidə dövlət qeydiyyatında olmaqla xüsusi mülkiyyətdədir və bu səbəbdən onun restavrasiyası aidiyyəti dövlət qurumunun razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına olunmalıdır.