top
Deputat: “Alimentin artması yaşayış minimumunun artması ilə bağlıdır” – ÖZƏL AÇIQLAMA
22 noyabr 2024, 08:25
- ↺ +

Deputat: “Alimentin artması yaşayış minimumunun artması ilə bağlıdır” – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda alimentin artırılması məsələsi ölkədə hər zaman müzakirə olunan aktual mövzulardan biridir. Alimentin artırılması barədə qərar verilərsə, bu, boşanmış valideynlər arasında maliyyə yükünü dəyişə bilər

Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən gün keçirilən birgə iclasında 2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacağı məsələsi müzakirəyə çıxarılıb.

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağını bildirib.

Xatırladaq ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.

Bəs görəsən, aliment məbləğinin hər il qaldırılmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, minimum əmək haqqının 345 manatdan 400 manata qaldırılması bütün kateqoriyadan olan əmək haqlarının artımına səbəb olacaq:

“Artıq parlamentdə 2025-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunur. Minimum əmək haqqının 345 manatdan 400 manata qaldırılması bütün kateqoriyadan olan əmək haqlarının artımına səbəb olacaq. Bu, həm özəl, həm də büdcə təşkilatında çalışan işçilərə də aiddir.

Digər tərəfdən, minimum əmək haqqının artırılması, pensiyanın və yaşayış minimumun artımını da səciyyələndirir. Yaşayış minimumunun 275 manat olacağı proqnozlaşdırılır. Bu artım pensiyalara, əmək haqlarına, müavinat və alimentə təsir edəcək. Uşaqlar üçün yaşayış minimumunun 275 manat olacağı proqnozlaşdıırlır”.

Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, alimentin məbləğinin artması yaşayış minimumunun artması ilə əlaqəlidir:

“Azərbaycan sosial dövlət olduğu üçün yaşayış minimumunun artması digər sahələrdəki dəyişiklikləri səciyyələndirir. Yaşayış minimumu artdıqca uşaqlara xərclənəcək vəsaitin artması da nəzərdə tutulur. Aliment məbləğinin artması yaşayış minimumunun artması ilə bağlıdır.

Yaşayış minimumunun artması ölkədə hədəflənən inflyasiyaya və müxtəlif xərclərin artımı baxımından proqnozlaşdırılır. Bu istiqamətdə yaşayış minimumu ilə paralel şəkildə alimentin artması mümkündür. Enməsi mümkün deyil. Biz həmin məbləğin artmasını müşahidə edirik. Sosial dövlət prinsipləri bunu labüd edir”.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər