top
“Daim öyrənməyə və inkişaf etməyə çalışın” – Şagirdlərin uğur sirləri
27 yanvar 2025, 01:50
- ↺ +

“Daim öyrənməyə və inkişaf etməyə çalışın” – Şagirdlərin uğur sirləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin 945 şagirdi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində iştirak hüququ qazanıb. Onların 9-u olimpiadanın rayon (şəhər) turunda 100 faiz nəticə göstərib. 

Muallim.edu.az həmin şagirdlərin bir neçəsi ilə həmsöhbət olub.

“Məqsədim finala çıxmaqdır”

İnformatika üzrə maksimum nəticə göstərən Əli Qurbanov 10-cu sinif şagirdidir. O, Lənkəran rayonu Şürük kənd tam orta məktəbində təhsil alır: 

“Təhsilimi yüksək səviyyədə davam etdirmək üçün daim öz üzərimdə çalışıram. Mənim bu sahəyə marağım əvvəllər Tütəpeştə ümumi orta məktəbində oxuyarkən yaranıb. İnformatika üzrə bacarığımı bu məktəbin direktoru Rövşən Əliyev kəşf etdi. Lakin Şürük məktəbində bu bacarığımı təkmilləşdirərək daha böyük uğurlar əldə etməyə başladım. Məktəbin müəllimləri daim mənə dəstək olurlar. Bu, mənim motivasiyamı artırır. Respublika fənn olimpiadalarında informatika üzrə yüksək nəticə göstərmişəm. Məqsədim yarımfinal mərhələsini keçmək və finala çıxmaqdır. Bunun üçün çox çalışıram və uğur qazanmağı çox istəyirəm. İndiyə qədər bir çox imtahanlarda, bilik yarışlarında və layihələrdə iştirak etmişəm. Bu, mənə daha çox təcrübə qazandırıb və özümü inkişaf etdirməyimə kömək edib. Gələcəkdə isə kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmaq istəyirəm. Valideynlərim və müəllimlərim mənə həmişə dəstək olurlar. Onların motivasiyası məni ruhlandırır və daha çox çalışmaq üçün əlavə güc verir. Onlar mənim inkişafıma böyük töhfə verirlər və buna görə onlara təşəkkür edirəm. Yaşıdlarıma demək istəyirəm ki, çox çalışın və hər şeyi dərindən araşdırın. Uğur qazanmaq heç vaxt gec deyil, sadəcə, bir az məsuliyyətli və çalışqan olmaq lazımdır”.

Respublika fənn olimpiadalarının rayon (şəhər) turunda maksimum nəticə göstərən şagirdlərdən biri İbrahim Sadıqzadədir. O, Lənkəran şəhəri 10 saylı tam orta məktəbin XI sinfində oxuyur: “Olimpiadaya ilk dəfə keçən il qatılmışdım, nəticəm 87 bal idi, bu il isə riyaziyyat fənni üzrə maksimum nəticə göstərdim. Dərslərimlə yanaşı, idmanla da məşğul oluram. Həmçinin çoxlu intellektual yarışlarda iştirak etmişəm, bəzilərində yer tutmuşam”. 

İbrahim hesab edir ki, ali təhsil almaq istəyən şagirdlər orta təhsillərini yaxşı alıblarsa, məqsədlərinə çatmaqda çox əziyyət çəkmirlər.  Ali məktəbə qəbul zamanı çox çətinliklə qarşılaşmamaq üçün məktəbdə keçirilən bütün fənləri yaxşı oxumaq lazımdır:

“İnformasiya texnologiyaları üzrə ali təhsil almaq istəyirəm. Uşaqlıqdan texnologiyaya, kompüterə marağım olduğundan ali məktəbə qəbul zamanı bu ixtisası seçəcəm. Yaxşı universitetdə oxuya bilməyim üçün I qrup üzrə olan bütün imtahan fənlərini daha yaxşı öyrənməliyəm”.

“Heç vaxt çətinliklərdən qorxmayın”

İbrahim bildirir ki, valideynləri onun təhsilə marağının yaranmasında mühüm rol oynayıblar: 

“Onlar hər zaman məni həvəsləndirib, düzgün qərarlar qəbul etməyim üçün yol göstəriblər. Müəllimlərim isə mənə bilik verməklə yanaşı, özünəinamımı artırıb və məqsədlərimə çatmağım üçün motivasiya veriblər. Yeri gəlmişkən, riyaziyyat müəllimim, eyni zamanda, məni olimpiadaya hazırlaşdıran Nuranə Novruzova xüsusi təşəkkür etmək istəyirəm. Müəllimlərimin tövsiyələri və dəstəyi sayəsində inkişaf edirəm, öz potensialımı daha yaxşı reallaşdırmağa çalışıram. Yaşıdlarıma demək istəyirəm ki, əzbərçi olmayın, öyrəndiyiniz hər şeyin məntiqini anlamağa, daim öyrənməyə və inkişaf etməyə çalışın. Qərar verəndə düşünün və məntiqinizə güvənin. Ən əsası, özünüzə inanın və heç vaxt çətinliklərdən qorxmayın”.

“Məktəbin təhsilim üçün böyük əhəmiyyəti var”

Masallı rayonu Təzə Alvadı kənd Elşad Əhədov adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Tunar Əhədov da riyaziyyat fənni üzrə keçirilən olimpiadanın rayon (şəhər) turunda maksimum nəticə göstərib: 

“İndiyə qədər bir sıra sınaqlarda iştirak etmişəm və hər zaman da yaxşı nəticə göstərmişəm. Respublika fənn olimiadasında isə ilk cəhdim idi və bu cəhdim uğurlu oldu. Riyaziyyata böyük marağım var və onunla daha çox məşğul oluram. I ixtisas qrupu üzrə imtahanlara hazırlaşıram. İnsanın  orta məktəbdə həyatında orta məktəbdə aldığı təhsil böyük rol oynayır, o, insanda təməl biliyin yaranmasına, uğur qazanmağa şərait yaradır. Valideynlərimin də, müəllimlərimin də mənə müsbət təsiri çox böyükdür. Onların dəstəyi əsl potensialımın aşkara çıxmasına səbəb olur. Hesab edirəm ki, hər bir şagirdin hansısa bir fənnə daha böyük marağı var. Şagirdi o marağına uyğun inkişaf etdirmək lazımdır ki, onun potensialı üzə çıxsın”. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər