top
Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub
02 oktyabr 2023, 23:24
- +

Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 oktyabr tarixində verir.

Elm və təhsil naziri Emin Əmrullayev sözügedən vəzifəyə Ceyhun Kərəmovu təyin edib. Təyinatdan öncə Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edirdi. O, əslən Lənkəran rayonunun Kərgəlan kəndindəndir.

O, enerji, davamlı inkişaf, hökumət və qeyri-hökumət sektorlarında 20 ildən çox təcrübəyə malikdir. Ceyhun Kərəmov 2006-cı ildən BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə Regionunda çalışıb və İşçi Heyətinin Milliləşdirilməsi və Miqrasiya Məsələləri üzrə menecer vəzifəsini icra edib. Bundan əvvəl o, BMT İnkişaf Proqramı, UNİTAR və USAİD tərəfindən maliyyələşdirilən layihələrdə çalışıb. O, dörd il ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyasına sədrlik edib və eyni zamanda ENAM (Amerika Məzunlar Assosiasiyalarının Avropa Əlaqələndirmə Şəbəkəsi) təsisçilərindən biri olub. Ceyhun Kərəmov İNSEAD Biznes Məktəbini Qlobal Biznes İdarəetməsi Proqramını (2018), ABŞ-nin Corciya Ştatı Universitetinin İctimai İdarəetmə (2006) və Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq üzrə bakalavr (2003) proqramını bitirib. Corc Vaşinqton Universitetinin Layihə İdarəetməsi üzrə magistr sertifikatını əldə edib. Ceyhun Kərəmov 2016-cı ildə PMP sertifikasiyasını keçib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:15

DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Bütün xəbərlər
Bu gün, 14:35

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 14:02

Sabah leysan yağacaq

Bütün xəbərlər
Bu gün, 13:30

Lənkəranda açıq sahələrdə yanğınlar söndürülüb

Kriminal
Bu gün, 12:55

Sabirabad sakini azyaşlı qohumu ilə cinsi əlaqəyə görə həbs edildi

Kriminal
Bu gün, 12:20

Ötən gün 62 cinayətin açılması təmin olunub

İqtisadiyyat
Bu gün, 11:40

Ötən ay 876,1 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

Bütün xəbərlər
Bu gün, 11:03

Magistraturaya qeydiyyat başa çatıb

Faydalı
Bu gün, 10:34

Lerikdə uşağı hansı yaradıcılıq dərnəyinə yazdırmaq olar? – ÜNVANLAR VƏ ƏLAQƏ

Bütün xəbərlər
Bu gün, 10:00

Dağlıq rayonlarda güclü yağış yağıb – FAKTİKİ HAVA

Kriminal
Bu gün, 09:17

Bölgələrdə yanğına səbəb olan 5 şəxs məsuliyyətə cəlb olunub

Bütün xəbərlər
Dünən, 18:00

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 17:27

Lənkəranda açıq sahədə yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 16:49

Rayonlarda qeyri-sabit hava avqustun 17-dək davam edəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:16

Bölgələrdə külək güclənəcək

Bütün xəbərlər
Dünən, 15:45

Sabah Biləsuvarın bir hissəsində qaz kəsiləcək

Bütün xəbərlər
Dünən, 15:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:35

Bu ilin ilk 7 ayında neçə nəfərə əlillik təyin edilib?

Bütün xəbərlər
Dünən, 14:00

Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb

Bütün xəbərlər
Dünən, 13:25

Cəlilabadın 35 kəndində işıqlar kəsilib

İqtisadiyyat
Dünən, 12:50

Azərbaycan əhalisinin içki və tütün məmulatları xərci artıb

Kriminal
Dünən, 12:15

Lənkəranlı kişi onu söyən arvadına yumruq vurdu, məhkəməlik oldu

Bütün xəbərlər
Dünən, 11:40

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Kriminal
Dünən, 11:06

Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanıldı

Oxşar xəbərlər