top
Cənublu terapevt: “Zonamıza uyğun spesifik xəstəliklər var” – ÖZƏL MÜSAHİBƏ
10 yanvar 2025, 03:03
- +

Cənublu terapevt: “Zonamıza uyğun spesifik xəstəliklər var” – ÖZƏL MÜSAHİBƏ

 Cenublu.az-ın bugünkü müsahibi həkim-terapevt Elgiz Baxşəliyevdir.

Müsahibəni təqdim edirik:

- Elgiz bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 17 aprel 1986-ci ildə Masallı rayonunda dünyaya göz açmışam. Hazırda Masallı rayonu Boradigah qəsəbəsində yaşayıram. Həyat yolum peşəmlə bağlıdır. Məlum həkimlik peşəsi daima axtarışda olmaq, yeni nələrisə öyrənmək, araşdırmaqdan ibarət olduğundan deyərdim ki, bütün gücümü, enerjimi bu sahədə istifadə edirəm.

- Terapevt olmağa necə qərar verdiniz? Bu sahəyə olan marağınız necə başladı?

- Həkim olmaq hər adamın arzusu olmur, bunun obyektiv və subyektiv səbəbləri var. Mən həkim olmağa orta məktəb vaxtlarımdan qərar verdim və bu müqəddəs peşənin bütün ağırlığını çiyinlərimdə daşıya biləcəyimi anladıqda tam qətiləşdirdim ki, bəli, mən həkim olacağam.

- Həkim olaraq nə qədər təcrübəniz var və hansı sahədə ixtisaslaşmısınız? Hər hansı bir xüsusi terapevtik metod və yanaşma üzrə təhsil almısınızmı?

- Təcrübə illərlə formalaşır, bu gün özümün nə qədər təcrübəli olduğumu desəm, bəlkə də düz səslənməz. Amma həkimlik fəaliyyətimə başladığım müddətdən indiyə qədər kifayət  qədər təcrübə qazandığımı düşünürəm. Təbii ki, terapevtik sahədə ixisaslaşmışam, işlədiyim müddət ərzində ixtisasım üzrə müxtəlif tədbirlər, konfranslar və ixtisasartırma kurslarının iştirakçısı olmuşam və bütün bunlar terapevtik təcrübəmdə yeni metod və yanaşmalara səbəb olub.

- Həkim olaraq təcrübənizdə sizi ən çox maraqlandıran və çətinlik yaradan xəstəlik hansıdır?

- Xəstəliklər müxtəlif qruplara və ağırlıq dərəcəsinə görə qruplaşır. Bütün xəstəliklərin öz spesifikası var və yanaşma tərzi müxtəlifdir. Konkret olaraq, məni xüsusi maraqlandıran xəstəlik deyərdim ki, yoxdur, amma bütün xəstəliklər çətindir. Düzgün yanaşılmayan istənilən xəstəlik həkimi və xəstəni böyük bir problemlə üz-üzə qoya bilər.

- Sizin ən çox istifadə və etibar etdiyiniz müalicə metodları

hansılardır?

- Təbii ki, dərman müalicəsi üstünlük təşkil edir.

- Müalicə zamanı hansı metod və yanaşmalara üstünlük verirsiniz (məsələn, kognitiv-behavioral terapiya, psixodinamik terapiya, dialektik davranış terapiyası və s.)?

- Əslində, sadaladığınız bütün bu terapiya növləri davranış və psixi pozuntular zamanı istifadə olunan metodlardır. Terapevtin düzgün müalicə metodu seçməsi qarşısındakı pasiyenti diqqətlə dinləyib, düzgün anemnez toplamasından başlayır. Günümüzdə xəstəliklərin dəqiq yaranma səbəblərini instrumental müayinə metodları ilə təyin edirik və ona uyğun olaraq müalicə edirik.

- Cənub bölgəsində çalışırsınız. Burada ən çox rast gəldiyiniz xəstəliklər hansılardır?

- Təbii ki, hazırda xəstəliklər çoxdur, cənub zonasına uyğun spesifik xəstəliklər və bunların içində gündəlik rast gəldiyimiz xəstəliklər də az deyil.

- Xəstələrin özlərində olan simptomları düzgün müəyyən etmələri üçün hansı tövsiyələri verirsiniz?

- Bunun üçün ilk növbədə tibbi maarifləndirici materiallarla tanış olmaq mütləqdir. Hər hansı xəstəlik simptomlarını hiss edildiyində dərhal həkimə müraciət etmək, yoluxucu, respirator xəstəliklər olduğu təqdirdə özünütəcrid mütləqdir. İstənilən halda tövsiyələrimiz o yöndəndir ki, hər hansı ağrı, travma və digər hallar olduğu təqdirdə ilk növbədə həkimə müraciət olunmalıdır.

- Hansı xəstəliklərin ilkin əlamətləri insanlar tərəfindən çox vaxt gözardı edilir?

- Bu xəstəliklər arasında ən çox gözardı edilən xəstəlik respirator, mövsümü dediyimiz qripdir ki, bunun da fəsadları gecikdirilmiş olduğu təqdirdə çox ağırlaşa bilər. Xüsusən də körpələrdə rast gəlinən və gecikdirilmiş resperator xəstəliklər ağırlaşma ilə müşahidə oluna bilir. Bu da həm müalicə, həm də sağalma müddətini çətinləşdirə bilir.

- Xəstəliklərin daha yaxşı müalicəsi üçün tibb sahəsində hansı inkişaflara ehtiyac var?

- Əminliklə sizə deyə bilərəm ki, bu gün Azərbaycanın tibb sahəsi dinamik inkişaf mərhələsindədir. Artıq bütün sahələrdə olduğu kimi tibb sahəsində də Azərbaycan dünyaya öz töhfəsini verir. Respublikada fəaliyyət göstərən bütün tibb ocaqlarında yeni infrastruktur qurulub, ən ağır xəstələrin müalicə və müayinə olunması üçün gözəl şərait qurulub.

- Bu sahənin nə kimi problemləri var?

- Bütün sahələrdə olduğu kimi tibb sahəsində də problemlər mövcuddur. Amma deyərdim ki, bu problemlər cüzidir və səhiyyə durmadan innovativ inkişafdadır. Ümid edirəm ki, yaxın zamanlarda bütün problemlər müsbət həllini tapacaq.

- Müalicə metodlarınızı seçərkən hansı amilləri nəzərə alırsınız?

- Müalicə metodlarını seçərkən xəstənin vəziyyəti, xəstəliyinin gedişatı, ağır-yüngül formada olub-olmaması vacib şərtlərdəndir. Bütün bunlar sonrakı müddəti təyin edir.

- Həkim olaraq sizcə, xəstə  özünə qapandığı və müalicəyə qarşı müqavimət göstərdiyi zaman nə etmək lazımdır?

- Bütün izləyicilərə, oxuculara bildirmək istəyirəm ki, ilk növbədə xəstəlik hər xəstənin psixoloji durumundan asılı olaraq müalicə olunmalıdır. Özünə qapanan, ümidsiz, bədgüman xəstənin sağalması zaman aparır. İstənilən xəstəlikdə müalicə ilə bərabər son sözü iradə, özünə güvən hissi deyir.

- Gələcəkdə hansı müalicə metodları üzərində daha çox işləmək və ya öyrənmək istəyirsiniz?

- Bizim sahəmizdə müalicə metodları ənənəvi üsullardır. Lakin ixtisasım üzrə daha çox bilgilərə çatmaqdan ötrü təbii ki, müxtəlif ixtisasartırma kurslarından yararlanmağı düşünürəm.

- Terapevt həkimi olaraq özünüzü daha effektiv və güclü nə zaman hiss edirsiniz? 

- Həkim özünü daha effektiv və güclü o an hiss edir ki, xəstəsi sağalıb ona təbəssüm dolu gözlərlə təşəkkür edir.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
Bu gün, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
Bu gün, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
Bu gün, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
Bu gün, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
Bu gün, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
Bu gün, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
Bu gün, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər
Bu gün, 10:49

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu

Bütün xəbərlər
Bu gün, 10:09

"Torpaqlarımız qayıdacaq, amma mən qayıtmaya bilərəm..." – Şəhiddən qalan son foto

Bütün xəbərlər
Bu gün, 09:29

19 yaşlı lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
Dünən, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Bütün xəbərlər
Dünən, 14:30

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Cəmiyyət
Dünən, 13:50

Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
Dünən, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Bütün xəbərlər
Dünən, 10:45

Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb

Oxşar xəbərlər