top
Cənublu infeksionist: “Metapnevmovirus yüksək yoluxuculuğa malikdir” – ÖZƏL MÜSAHİBƏ
16 yanvar 2025, 06:30
- ↺ +

Cənublu infeksionist: “Metapnevmovirus yüksək yoluxuculuğa malikdir” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Metapnevmovirus tənəffüs yollarında infeksiyalara səbəb olan və qripə bənzər simptomlarla özünü göstərən bir virus növüdür. Əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir".

Bu sözləri Cenublu.az-ın bugünkü müsahibi həkim-infeksionist Ülkər Əlizadə deyib.

Müsahibəni təqdim edirik:

- Ülkər xanım, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1994-cü ildə Lənkəran şəhərində anadan olmuşam. Məktəbdə oxuyan zaman təbiət elmlərinə böyük marağım olub. Hər zaman diqqətimi çəkirdi.

- İnfeksionist olmağa necə qərar verdiniz? Bu sahəyə olan marağınız necə başladı?

- Məktəb illərində antibiotikləri və onların təsir mexanizmini, mikroorqanizmləri araşdırmağa həvəsim var idi. Anam Natəvan xanımın bioloq olmağının da rolu böyük olub. O, mənə mikroskop altında bitki hüceyrələri göstərirdi, elmə marağıma çox dəstək olub.

2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil oldum. Tələbəlik illərində bir sıra elmi konfranslarda iştirak edib, diplom və sertifikatlara layiq görülmüşəm. Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü olmuşam. Tələbəlik illərində özümə ustad bildiyim həkim Gülnarə Babayeva ilə tanış olduqdan sonra isə onun xəstələrə yanaşma tərzini, daim elmi biliklərini təkmilləşdirmək marağını özümə örnək bildim. Və infeksionist həkim olmaq qərarı verdim. 2018-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olduqdan sonra həmin ildə Azərbaycan Tibb Universiteti Klinik Baza Şəhər 1 saylı Kliniki Tibbi Mərkəzdə rezidenturaya qəbul oldum.

- Həkim olaraq nə qədər təcrübəniz var və hansı sahədə ixtisaslaşmısınız?

- Dörd illik Bakı şəhər KTM-də dörd illik rezidentura və Lənkəran RMX-də iki illik təcrübəm bir sıra yoluxucu xəstəliklərin aşkarlanması, müayinə və müalicəsində mənə çox yardımçı oldu. Hava-damcı (KRVI, angina, suçicəyi, qrip, qızılca, epidemik parotit ve s.), KBI (viruslu hepatitler, viruslu və bakterial infeksiyalar, botulizm, qida zəhərlənmələri və s.), qızıl yel, quduzluq, tetatus, bruselyoz və s. infeksiyalarla qarşılaşma mənə böyük imkanlar açdı və təcrübəmdə böyük rol oynadı.

- COVID-19 pandemiyası dövründə infeksionistlərin rolu necə dəyişdi? Bu, gələcəkdə digər infeksion xəstəliklərin idarə olunmasına necə təsir edəcək?

- COVID-19 pandemiyası dövründə xəstəliyin aşkarlanması, müayinə olunması, müalicə taktikasının seçilməsi ilə yanaşı somatik xəstəliklərin aşkarlanması və bu istiqamətdə xəstələrin çeşidlənməsi həkim infeksionistlərin əsas öhdəliyi olub.

Tibb sahəsində, xüsusən də yoluxucu xəstəliklər sahəsində dəqiq proqnozu vermək, düşünürəm ki, mümkün deyil. Lakin əhalinin yoluxucu xəstəliklər, onların yayılma yolları və qorunma üsulları haqqında maarifləndirilməsinin rolu xüsusi qeyd edilməlidir. Beləliklə də bu prosesə digər ixtisas həkimləri deyil, sırf yoluxucu xəstəliklər üzrə mütəxəssislərin cəlb edilməsi daha məqsədəuyğun olacaq. Belə ki, xəstəliklərin vaxtında aşkarlanmasında, yayılmasının qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyacaqdır.

- Bu sahənin nə kimi problemləri var?

- Hər sahədə olduğu kimi bu sahədə də bir sıra problemlər var. Problemlər bitərsə, həyat dayanar. Odur ki, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu istiqamətdə problemlərin həllində uğurla irəliləyirlər. Yeni tibbi avadanlıqlarla təchizat, həkimlərimizin xarici ölkələrdə ixtisaslaşması, bilik və bacarıqlarının artırılması, müasir biliklərə yiyələnməsi və s.

- Xroniki hepatit xəstəliklərdən bəhs edərdiniz.

- Xroniki hepatit B və xronik hepatit C xəstəliyi dünyada və ölkəmizdə çox sayda insana təsiri olan və asimptomatik infeksiyadan qaraciyər sirrozu və hepatoselular xərçəngə kimi çox fərqli şəkillərdə qarşımıza çıxa bilən ən əsas yoluxucu xəstəliklərdəndir.

Xroniki hepatit B-nin qarşısının alınması üçün etibarlı vaksinasiya mövcud olmasına baxmayaraq, C hepatit virusuna qarşı belə bir vaksinasiya hələ ki, mövcud deyildir.

Son illərdə xroniki hepatit B, xüsusən də xroniki hepatit C xəstəliyinin müalicəsində yeni dövr sayıla biləcək dərəcədə böyük inkişaf, uğurlar, yeniliklər vardır. Xroniki hepatit C və xroniki hepatit B epidemioloji, təbii, kliniki gedişat və müalicə taktikası baxımından bir çox fərqli özəlliklərə sahib olduqlarından bu iki xəstəlik haqqında ayrı-ayrı danışmaq lazımdır.

- Cənub bölgəsində çalışırsınız. Burada ən çox rast gəldiyiniz infeksion xəstəliklər hansılardır?

- Ümumiyyətlə, yoluxucu xəstəlikləri regionlar üzrə bölmək olmaz. Bizim bölgədə də digər bölgələrdə olduğu kimi infeksionistlərə virus hepatitləri, dəri və yumşaq toxuma infeksiyaları, bruselyoz, sidik yolları infeksiyaları, virus infeksiyaları (herpes, kəmərləyici dəmrov, sitomeqalovirus, infeksion mononukloez), mədə-bağırsaq infeksiyaları, səbəbi bilinməyən qızdırma şikayətləri ilə müraciətlər olunur, diaqnostikası və müalicəsi aparılır.

- Çində yayılan metapnevmovirus insanlarda təşvişə səbəb olmağa davam edir. COVİD19-dan daha təhlükəli olduğunu deyirlər. Siz nə düşünürsünüz?

- Metapnevmovirus tənəffüs yollarında infeksiyalara səbəb olan və qripə bənzər simptomlarla özünü göstərən bir virus növüdür. İlk dəfə 2001-ci ildə müəyyən edilmiş bu virus, əsasən uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlarda təsirli olur. Metapnevmovirus əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir. Virusun yoluxma  yolları əsasən digər respirator infeksiyalarla eynidir.

Hava-damcı yolu: Virus öskürək və ya asqırma zamanı havada yayılır.

Yaxın təmas: Virusun daşıyıcısı ilə sıx təmasda olmaq infeksiyaya səbəb ola bilər.

Əllər və səthlər: Virusla çirklənmiş əşyalar və səthlər vasitəsilə yoluxma mümkündür.

Əlləri tez-tez sabunla yumaq, ictimai yerlərdə maskadan istifadə etmək lazımdır. İnsanlarla sıx təmasdan çəkinməklə virusdan qorunmaq mümkündür.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər