Yanvarın 15-i saat 11:30-a olan məlumata əsasən, bəzi cənub rayonlarda hava yağıntılı olub, duman müşahidə edilib.
Cenublu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Lənkəranda 3 mm olub.
Biləsuvar, Astara və Lerikdə duman müşahidə olunub, dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Havanın temperaturu dağlıq rayonlarda 1 dərəcəyə yaxın istidir.