Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-i saat 9:00-a olan məlumatına əsasən Cənub bölgəsində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Cenublu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.