İyunun 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 7-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Lerik və yardımlıda 1-9 mm-dək olub.
Dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti 7-si axşam əksər rayonlarda tədricən kəsiləcək, 8-də əsasən yağmursuz keçəcək.