Cənub bölgəsində müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Cenublu.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Yanvarın 29-da saat 11:00-a olan məlumata görə, regionumuzda hava şəraiti əsasən yağmursuz keçib.
Biləsuvar və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-800 metrədək məhdudlaşıb.
Dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.