Noyabrın 14-ü saat 09:00-a olan məlumata əsasən, cənub bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Astarada 28 mm, Lənkəranda 10 mm, Lerikdə 7 mm olub.
Biləsuvar, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta qeydə alınıb.