Cənub bölgəsində müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Cenublu.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Yanvarın 17-si saat 9:00-a olan məlumatına əsasən, hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub.
Belə ki, Lerik, Astara, Biləsuvar və Cəlilabadda düşən yağıntının miqdarı 1 mm-dir. Dağlıq rayonlarda qar yağıb, yağan qar örtüyünün hündürlüyü Lerikdə 1 sm-dir.
Həmçinin Lerik, Astara və Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.