Astara və Lənkəranda keçirilən “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyasının yekun aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 oktyabr tarixində “Bakcell”ə istinadən verir.
Ötən ay ərzində Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə 10 hektar ərazi 5 ton tullantıdan təmizlənib.
Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.