top
Cənub bölgəsinin yeganə keramika ustası ilə ÖZƏL MÜSAHİBƏ
12 dekabr 2024, 06:18
- ↺ +

Cənub bölgəsinin yeganə keramika ustası ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az-ın bugünkü müsahibi cənub bölgəsinin yeganə keramika ustası, Lənkəran Dram Teatrının quruluşçu rəssamı Tərlan Sadıqovdur.

Onunla müsahibəni təqdim edirik:

- Tərlan bəy, müsahibəyə özünüzü təqdim etməyinizlə başlayaq.

- 1975-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışam.

- Keramik rəssam kimi tanınırsınız. Bu sahəyə marağınız necə yaranıb?

- Tələbəlik dövrünün 2-ci kursdan keramika ilə məşğulam. Təxminən 1996-cı ildən. Bizim dövrdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu vardı. Orda rəngkarlıq üzrə təhsil alırdım. Daha sonra sənədlərimi Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə verəndə bir müəllim var idi, dedi ki, keramika üzrə ver. Mənim də heç bir anlayışım yox idi. Etiraz etdim. Amma tale elə gətirdi ki, keramikaya yönəldim. O vaxt etiraz etsəm də, indi həmin müəllimə minnətdaram (gülür).

- Bəs Lənkəran Teatrına yolunuz necə düşdü?

- Özüm keramik rəssamam. 2001-ci ildə Lənkəran şəhər rəssamlıq məktəbində müəllim kimi fəaliyyətə başladım. 2007-ci ilin yanvar ayında Lənkəran Dram Teatrına dəvət olundum. Elə o gündən bu günə qədər teatrda çalışıram. 2020-ci ilin sentyabrından quruluşçu rəssam oldum. Dəyər verirlər deyə burdayam.

- Amma keramika sənətini davam etdirirsiniz, eləmi?

- Bəli, davam etdirirəm. Bu sahəyə maraq çoxalıb. Tələbələrim də var.

- Bir əsər neçə müddətə başa gəlir?

- Bir əl işinin hazırlanmasına təxminən 15 gün sərf edilir. Hazırda emalatxanamda müxtəlif insan fiqurları, tarixi abidələr, gündəlik həyatdan götürülmüş təsvirlər var. Yaratdığım əl işlərinin əksəriyyəti Lənkəranın tarixi məkanları və şəxsiyyətləri ilə bağlıdır.

- Dulusçuluqla keramikanın fərqi nədir?

- Dulusçuluq əslində keramikanın özəyidir. Lakin dulusçuluqda sən konkret məişət əşyasını hazırlayırsan, ancaq keramikada bu belə deyil. Keramikada daha çox dekorativ əşyalar hazırlanır və bu zaman müəllifin şəxsi təxəyyülü böyük rol oynayır.

- Tərlan bəy, teatrdan danışaq. 17 ildir ki, bu sahədəsiniz. Quruluşçu rəssam olaraq işinizin əsas vəzifəsi nədir?

- Öncə deyim ki, bütün ideya rejissordan gəlir. Yükün 90%-ni rejissor çəkir. Biz rejissorun ideyasını daha çox önə çəkmək üçün çalışırıq. Səhnənin quruluşu birinci rejissordan keçir. Sonra quruluşçu rəssamlar səhnənin tərtibatına baxır.

- İlk dəfə oxuduğunuzda tamaşanın mətnini necə təhlil etdiniz və hansı elementlər sizə əsas ideya üçün istiqamət verdi?

- İlk dəfə teatrda rəssam, sonra isə quruluşçu rəssam olmuşam. Düzünü desəm, ilk tamaşa yadımdan çıxıb. Yəqin ki, rejissorun ideyası ilə addım atmışam.

- Bəzən yaradıcı işlərdə fərqli komanda üzvləri arasında fikir ayrılıqları ola bilər. Belə hallarda fikir ayrılıqlarını necə həll edirsiniz?

- Rejissor ideyanı verdikdən sonra rəssam onu daha qabarıq hala gətirir. Bəzən olur ki, rejissorla rəssam arasında fikir ayrılıqları olur. Amma axırda bir qərara gəlirik. Hər iki tərəf razı qalır.

- Səhnə quruluşunun texniki tərəfləri, məsələn, səhnə dəyişiklikləri və ya hərəkətlənmələrdə qarşılaşdığınız ən böyük çətinliklər nə idi? Səhnə quruluşunda Lənkəran Dram Teatrında nə kimi çatışmazlıqlar var?

- Sözsüz ki, əyalət teatrıdır, çətinliklər olur. Rəhbərlər çox çalışır. Amma çatışmazlıqlar olur. Rəssamın əlində yaxşı kətan, yağlı boya olsa, daha mükəmməl iş ərsəyə gətirə bilir. Teatrda da belədir. Quruluşçu rəssamın səhnə üçün əlində hər bir avadanlığı olsa, tamaşanı daha qabarıq şəkildə təqdim edə bilər. İşıq, səhnənin hərəkətli-hərəkətsiz olması çox rol oynayır.

- Sənətinizə çox bağlısınız. Ailənizdən sənətinizi davam etdirən biri var?

- Övladlarım hazırda sənətimi davam etdirir. Biri qrafik dizaynerliyə, digəri isə dekorativ sənətə meyillidir.

 

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər