Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunan statistik olimpiadanın final mərhələsinin Cənub bölgəsidən olan qalibləri ilə görüş təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində verir.
Belə ki, olimpiadanın nəticələrinə görə, Fayəddin Xancanov adına Masallı rayon Musaküçə kənd tam orta məktəbinin XI sinif şagirdi Mircəlal Kazımzadə 2-ci, Ağaxan Quliyev adına Lənkəran rayon Hirkan qəsəbə tam orta məktəbinin X sinif şagirdi Cavidan Baxşiyev 3-cü yerə layiq görülüblər.
Yekunda iştirakçılara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Rəhim Rəhimov, İnzibati təşkilat sektorunun müdiri Orxan Əzimov, Lənkəran Şəhər Statistika İdarəsinin müdiri Vaqif Mustafayev, Masallı Rayon Statistika İdarəsinin müdiri Ramin Bəgəlizadə, olimpiada qalibləri və məktəb direktorları iştirak ediblər.