Antiterror əməliyyatı zamanı qəhrəmanlığı ilə seçilən Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Sübhan Sahib oğlu Qardaşxanov evində ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində verir.
Qarabağ Qaziləri Birliyinin Cəlilabad Rayon filialının sədri Maşalla Əliyev, sədr müavini Vüqar Fərəcov, Qızıl Aypara Cəmiyyəti Cəlilabad Rayon Bölməsinin əməkdaşı Mirsüleyman Eynullayev və Vətən müharibəsi veteranı Səfər Düniyev qazimizlə görüşdə mükəmməl qələbəmizdən söz açıblar. Qazimiz isə öz növbəsində keçdiyi döyüş yolundan danışıb.