top
Cəlilabadlı müğənni: “Mahnımın sözlərini dəyişib, icazə almadan oxuyurlar” – ÖZƏL MÜSAHİBƏ
13 dekabr 2024, 09:00
- ↺ +

Cəlilabadlı müğənni: “Mahnımın sözlərini dəyişib, icazə almadan oxuyurlar” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cənub bölgəsinin musiqiyə marağı Azərbaycanın musiqi mədəniyyətində xüsusi yer tutur. Bu bölgə həm xalq musiqisi, həm də müasir musiqi janrlarında zəngin irsə sahibdir.

Cənubluların sevimli müğənnilərindən biri də “Talış balası” mahnısı ilə məşhurlaşan Ruslan Əbilovdur.

Cenublu.az-ın əməkdaşı müğənni ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1987-ci il mart ayının 5-də Cəlilabad rayonun Hamarqışlaq kəndində anadan olmuşam. Orta məktəbi də Hamarqışlaq kəndində başa vurdum.

- Musiqiyə necə maraq yarandı?

- Hələ orta məktəbdə oxuyan zaman musiqiyə böyük həvəsim var idi. Özümü müğənni olaraq görürdüm. Bilirdim ki, hansısa zirvəyə çatmaq çox çətindir. Həm maddi, həm də mənəvi cəhətdən çətin idi. İnsanların sevgisini qazanmaq da asan deyil. Bunu yaxşı bilirdim. Lakin özümdə potensial görürdüm, hətta deyirdim ki, kənddə sayılıb seçilən insanlardan biri olacağam, Cəlilabad rayonunu tanıdacağam, respublikada da tanınacağam. Şükürlər olsun ki, o nailiyyəti əldə etdim. İnsanların sevgisini də sadəliyim, səmimiliyim və qayğımla qazandım.

- Müğənni kimi qarşılaşdığınız ən böyük çətinliklər nələr olub?

- Bəzi müğənnilər var ki, mahnımı götürürlər və icazə almadan oxuyurlar. İcazə almırlar. Sözlərin dəyişib, başqa rayon adından oxuyurlar. Ən böyük çətinliyim budur. Bəzi haramxorlar mənim mahnımı – “Talış balası”nı icazə almadan oxuyurlar. Halal etmirəm.

- İndiyə qədər ən çox sevdiyiniz mahnınız hansıdır və bu mahnının sizin üçün xüsusi bir əhəmiyyəti varmı?

- Hər birini çox sevirəm. Bir-birindən ayırmıram. “Talış balası” ən çox tanıdan oldu. Bu dəqiqə bütün toylarda o mahnı səslənir.

- Albom və ya yeni mahnı üzərində işləyirsinizmi?

- Dayanmadan öz üzərimdə işləyirəm. Bir ay ərzində iki yeni mahnım çıxacaq. Dekabr ayının 20-dən Rusiyada olacam. Talış toyuna dəvət almışam.

- Ailənizin musiqi ilə bağlı bir təsiri oldumu? Onlar sizin musiqi kariyeranızı dəstəkləyiblərmi?

- Mənim ailəmin musiqiyə heç bir təsiri olmadı. Zamanında ailəm də kömək edib. Bu gün heç yerdən kömək yoxdur.

- Gələcəkdə nə kimi yeni layihələrə imza atmaq istəyirsiniz?

- Televiziyada çalışmaq fikrim var.

- Cənublular sizi çox sevir. “Talış balası” ifanız qarşımıza çıxdı. Ondan danışardınız.

- “Talış balası”na qədər çox əziyyətlər çəkdim. Tanınmırdım. Bu qədər məşhurlaşmamışdım. “Talış balası” mahnısını oxuyandan sonra bütün sənətçilər və müğənnilıər artıq ifamı eşitdi və səsləndirməyə başladılar. Təbii ki, xalq tərəfindən dinlənir. Bu gün trenddə olan mahnıdır. O mahnı hər gün toyda beş dəfə səslənir. Bu dinləyicilərimin mənə olan sevgisidir.

“Talış balası” talış toyunda ağlıma gəldi. Orada oxudum. Bədahətən gəldi. Gördüm, musiqi üzərində alındı. Vaxt itirmədən yazdım və paylaşdım. Mahnının söz və musiqisi özümə aiddir. Köməkliyi əmim Əbilov Əbil etdi. Mahnının aranjimanında və klipində də rolu oldu.

“Talış balası” ifam tək talışlar tərəfindən sevilmir. Bu bir qismət idi.

- Toylara tez-tez gedirsiniz?

- “Talış balası”nı oxuyana qədər toylara tez-tez gedirdim. “Talış balası”ndan sonra bilirəm ki, toy sezonumda çoxlu toylarım olacaq. Toylara ara-sıra gedirəm. Bütün bölgələrdə el şənliklərində oluram.

- Gəliriniz necədir?

- Gəlirim normaldır. Hər şeydən razıyam.

 

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər