Cəlilabad rayonunun Kürdlər kəndinin yolları təmir olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən Kürdlər bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Kürdlər kəndində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri aparılıb.