Cəlilabad rayonunda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Şəhidlər xiyabanı ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində Report.az-a istinadən verir.
Belə ki, mərasimdə rayon rəsmiləri, qazilər, yerli sakinlər iştirak ediblər. Ziyarətçilər abidənin önünə gül dəstələri düzüb, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Zəfər Günü münasibətilə rayon Mədəniyyət Mərkəzində konsert proqramı təşkil edilib.