Cəlilabadda yaşayış binalarının qarşısında salınmış park sakinlərin istifadəsinə verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 mart tarixində Cəlilabad Bələdiyyəsinə istinadən verir.
Belə ki, M.Hüseyn küçəsində yaşayış binalarının qarşısında yeni salınmış parkda tamamlanma işləri aparılır.
Qeyd edək ki, işlər Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Cəlilabad Bələdiyyəsinin vəsaiti hesabına görülüb.