Cəlilabad rayonunun Xəlilabad kəndində yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 fevral tarixində verir.
Ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 2 kv.m sahədə alovlanıb. Həmçinin digər otağın və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi alovdan mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.