Cəlilabadda torpaq zəbt edilməsi faktı aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində Report-a istinadən verir.
Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayan Hidayət Ağayev tərəfindən kənd təsərrüfatı təyinatlı 8 hektar örüş sahəsinin 4 hektar hissəsində məqsədli təyinatdan kənar əkin işlərinin aparılması ilə bağlı araşdırma yekunlaşıb.
Hidayət Ağayevə İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə 500 (beş yüz) manat inzibati tənbeh tətbiq edilib.