Cəlilabadda "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə nümunəvi çıxışlar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 sentyabr tarixində verir.
"Əhmədoğlu" futbol klubunun idman bazasında keçirilən tədbirdə 30 nəfər idmançı iştirak edib.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub.