Cəlilabad şəhər sakinindən ov tüfəngi və 63 ədəd patronu götürülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 sentyabr tarixində verir.
Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Həşimovdan “İJ-56” markalı ov tüfəngi və patronlar aşkar olunaraq müsadirə edilib.