Cəlilabad rayon Mədəniyyət Mərkəzi, Dövlət Rəsm Qalereyası və şəhər 4 saylı Klubunun əməkdaşları şəhid Əmrah Namiq oğlu Hüseynlinin anım günü ilə əlaqədar ailəsini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.
Ziyarət zamanı mədəniyyət nümayəndələri şəhidin ailə üzvləri ilə görüşüb, onlarla söhbət ediblər. Sonra şəhidin məzarı ziyarət olunub.
Qeyd edək ki, Əmrah Hüseynli ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.