Cəlilabad rayonunda qəza hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində Apa.az-a istinadən verir.
Hadisə Cəlilabad-Yardımlı yolunda, Sərhədabad kəndi yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Lada Priora" markalı minik avtomobili qarşıda gedən "VAZ-2107" markalı maşına çırpılıb. Qəza nəticəsində "Priora"nın sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına çıxıb. Sürücünün xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.