Cəlilabad şəhəri ərazisində Xaqani Mirnizami oğlu Əhmədlini vuraraq qəsdən öldürən şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində Report.az-a istinadən verir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 25 yaşlı Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam edir.