Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Cenublu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 3 ədəd ov tüfəngini, 1 ədəd "Kalaşnikov" markalı avtomatı və patronları könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlərin davam etdirildiyi bildirilib.