Cəlilabadda 1 oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü və Azərbaycan prokurorluğunun yaradılmasının 105-ci ildönümü qeyd edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində verir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon prokuroru Vahid Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.