Cəlilabad rayonunda minik avtomobilinin mühərrik hissəsi yanıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb. “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsində alışma olub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.