Cəlilabadda 16 yaşlı yeniyetmə başından bıçaqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Report-a istinadən verir.
Məlumata görə, hadisə iki oğlan arasında mübahisə zəminində baş verib. Nəticədə 16 yaşlı rayon sakini 18 yaşlı həmkəndlisi tərəfindən başın müxtəlif nahiyələrindən xəsarətlər alıb.
Kəsilmiş-deşilmiş xəsarətlər alan zərərçəkən Ə.Ə. xəstəxanaya çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən Alar kənd sakini N.Ə. saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.