Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Cəlilabad rayonunda fəaliyyət göstərən markəti cərimələyiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.
Belə ki, Üçtəpə kəndində yerləşən “Halal” marketində monitorinq aparılıb. Nəticədə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmamasının aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.