Cəlilabad rayonunun Heydər Əliyev Mərkəzində “26 avqust - Laçın şəhəri günü”nə həsr olunmuş tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 avqust tarixində verir.
Çıxışlarda mərkəzin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Hilal Muradov 44 günlük İkinci Qarabağ müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıqdan söhbət açıb.
Yekunda tədbir iştirakçıları “Laçın şəhəri belə qurulur” adlı reportaj izləyiblər.