Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində Report.az-a istinadən verir.
"VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Bunlar 30 yaşlı Şahmar Rəcəbov və 16 yaşlı Cahan Hüseynovadır.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.