Cəlilabadda “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır!” başlıqlı sərgi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.
Cəlilabad idman məktəbinin sərbəst güləş idman növü üzrə şagirdləri rayon Heydər Əliyev Mərkəzində keçirilən sərgiyə baxış keçiriblər.
Sərgidə ulu öndərin Cəlilabad rayonuna səfərlərini, həmçinin həyat və fəaliyyətini əks etdirən fotolar, kitablar nümayiş olunub.